5
İyun

WIRE RUSSIA MOSCOW - 2017

Wire Russia Moscow - Messe Duseldorf GmbH və Messe Duzeldorf Moscow tərəfindən Rusiya səhmdar şirkəti VNIIKP ilə birgə 2017-ci ilin iyun ayının 5-dən 8-dək təşkil olunan regional ticarət sərgisidir. Bu sərgidə 250-dən artıq şirkət öz sahələrinə aid texniki innovasiyaları nümayiş etdirdi.
Geniş çeşidli enerji kabellərinin istehsalçısı olan şirkətimiz sərgidə yeganə Azərbaycan şirkəti idi və niyyətimiz iş təcrübəsində nail olduğumuz yüksək keyfiyyəti və inkişafı Rusiya və Şərqi Avropa bazarlarına nümayiş etdirərək regionun liderləri ilə möhkəm əlaqələr qurmaq idi. 

Baku Cable Goknur  bu regionda ilk dəfə təmsil olunurdu və buradakı iştirakımız və kabel sahəsinin təkmilləşdirilməsinə dair əldə etdiyimiz təcrübə bizi qane etdi.