“Baku Cable Goknur” geniş spektrli istifadəsi olan müxtəlif ölçü və voltajlda kabel istehsal edən iri şirkətdir. Dünya standartlarına cavab verən və yüksək keyfiyyətə malik olan məhsullarımıza Azərbaycandan kənarda da böyük tələbat var. Şirkətimizin ən böyük aktivi insan resurslarıdır. Məhz professional kollektivimizin səyi nəticəsində biz ən qısa zamanda işgüzar çevrələrdə böyük nüfuza malik olmuşuq. Kollektivimiz peşəkarlığı, çalışqanlığı və mükəmməlliyə can atması ilə fərqlənən 150-dən çox mütəxəssisdən ibarətdir. Sizi öz sıralarımızda görməyə şad olarıq.