14
Fevral

MIDDLE EAST ELECTRICITY (Dubay) – 2017

Middle East Electricity – elektroenerjinin istehsalı, yığılması və idarə olunması, habelə günəş enerjisinin yığılması və idarə olunması sahəsində ixtisaslanan enerji industriyasına həsr olunmuş aparıcı beynəlxalq  tədbirdir. 
Beynəlxalq səviyyəli şirkətlərlə təcrübə mübadiləsi, həmçinin yüksək keyfiyyətli Azərbaycan məhsulunu Yaxın Şərq və Afrika regionunda tanınması məqsədilə Baku Cable Goknur bu sərgidə özünün bazarda satış lideri olan məhsullarını nümayiş etdirdi. 
Qeyd etmək lazımdır ki, hər il Middle East Electricity öz qapılarını 1500-dən artıq beynəlxalq şirkətlərin üzünə açır və buraya Yaxın Şərq və Afrika regionunun 130 ölkəsindən 21 000 artıq yığılan top menecerlərinin sırasında olmaqdan qürur duyuruq.